18:24
02 Sentyabr 2020

İranda koronavirusdan ölənlərin sayı artdı

İranda ötən sutka ərzində 125 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 21 797 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 1885 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların ümumi sayı 378 752 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 693 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

O əlavə edib ki, İranda indiyədək 326 801 nəfər koronavirusdan sağalıb.

Dİgər xəbərlər