Yevlaxda avtomobil aşdı, sürücü yaralandı
02 sentyabr 2020 06:12 (UTC +04:00)

Yevlaxda avtomobil aşdı, sürücü yaralandı

 

Yevlaxda minik maşını aşıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında Salahlı kəndi ilə Aran qəsəbəsi arasındakı dəmir yolu keçidi yaxınlığında baş verib.

İdarəetmədən çıxan "Mercedes" markalı minik maşını yol kənarına aşıb. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan sürücü - 1988-ci il təvəllüdlü Bərdə rayon sakini Cavadov Seymur Vahid oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1787

Oxşar yazılar