16:51
29 Avqust 2020

İmişlidə 5 nəfər brakonyer saxlanıldı - FOTO - FOTO


İmişli rayonunda 5 nəfər brakonyer saxlanılıb

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, onlardan 3 ədəd odlu silah, xeyli sayda ov quşu və eyni zamanda ov ləvazimatları aşkar edilib. Brakonyerlər 100-ə yaxın müxtəlif növdən olan çöl quşlarını qanunsuz olaraq ovladığına görə polis əməkdaşları tərəfindən saxlanılıb. Brakonyerlərdən Kürdəmir sakinləri, Cəfər Hüseynov, Füzuli Həsənov və Bakı sakini Zamin İsmayılovun 80-ə yaxın çöl quşunu qanunsuz olaraq ovladığı müəyyən edilib.

Həmçinin əməliyyat zamanı İmişli sakinləri Kənan Yaqubov və Cavid Quliyev də saxlanılıb. Keçirilən əməliyyat zamanı brakonyerlərdən ümumilikdə 3 ədəd ov silahı, xeyli maket və digər ov ləvazimatları, həmçinin 100-ə yaxın müxtəlif növ ov quşu götürülüb. Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər