12:31
28 Avqust 2020

Bakıda yataqxana yandı

Bakıda yataqxanaya bitişik ev yanıb.

Lent.az FHN-in rəsmi saytına istinadla bildirir ki, Yasamal rayonunda beşmərtəbəli yataqxana binasına bitişik ümumi sahəsi 80 m² olan taxta konstruksiyadan ibarət tikili və içərisindəki ev əşyaları 74 m² sahədə, yataqxana binasının birinci mərtəbəsinin dəhlizində dolab 4 m² sahədə yanıb.

Yüksək temperaturdan yataqxana binasının yaşayış olmayan hissəsində birinci və üçüncü mərtəbələr arası pəncərə çərçivələri, ikinci və dördüncü mərtəbələr arası eyvanların taxta üzlükləri qarsalanıb. Yataqxana binası yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Dİgər xəbərlər