Koronavirus Rusiyada 110 nəfəri də öldürdü
28 avqust 2020 18:04 (UTC +04:00)

Koronavirus Rusiyada 110 nəfəri də öldürdü

Rusiyada son sutka ərzində daha 4829 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 980 405 nəfərə çatıb.

Son sutka ərzində 110 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 16 914 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.

# 2068
avatar

Oxşar yazılar