11:37
28 Avqust 2020

"Araz"da "Üzüm festivalı"

“Araz” Supermarketlər Şəbəkəsində bazar gününə qədər “üzüm festivalı” keçirilir.

Yenilikləri və maraqlı təşəbbüsləri ilə yadda qalan “Araz” supermarketlər şəbəkəsi müştərilərini xüsusi kampaniyalar və festivallarla sevindirməkdə davam edir. 27 avqust tarixindən etibarən bazar gününə qədər “Araz” supermarketlər şəbəkəsində “Üzüm festivalı” keçirilir.

Festival çərçivəsində üzüm çeşidləri 0.59 qəpikdən başlayan xüsusi qiymətlərlə təklif olunur. Festivalla yanaşı “Araz” Supermarketlər Şəbəkəsində xüsusi endirimlər var. Kampaniya çərçivəsində meyvə-tərəvəz, süd və süd məhsulları, ət və ət məhsullarının bir çox çeşidləri xüsusi qiymətlərlə təklif olunur. Həmçinin, dana əti qiyməsinin bir kiloqramı 9 manat, 99 qəpiyə, qarpızın bir kiloqramı 20 qəpiyə, 82.9 faizli “Anchor” kərə yağının bir kiloqramı 13 manat 89 qəpiyə, bir kiloqramlıq 82.5 faizli Belarusiya kərə yağı 12 manat, 49 qəpiyə, “Səba” təzə toyuq qızıl paket bir kiloqramı 3 manat, 99 qəpiyə təklif olunur.

Dİgər xəbərlər