18:08
27 Avqust 2020

Seçkiyə gəlməyənlər cəzalandırlacaq - MİSİRDƏ

Misir Milli Seçki Şurası parlamentin alt palatası olan Senat seçkilərində səs verməyən təxminən 54 milyon misirlinin işlərinin prokurorluğa göndərilməsinə qərar verib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milli Seçki Şurasının prezidenti Laşin İbrahimin başçılığı ilə keçirilən iclasda Senat seçkilərinin ilk turunda səs verməyən seçicilərin siyahısını lazımi tədbirlər görmək üçün prokurorluğa göndərməyi qərara alınıb.

Seçki Şurasının statistikasına görə, 63 milyon seçicidən təxminən 9 milyonu səs verib.

İdarə Heyətinin açıqlamasına görə, qərar Misir dövlətinin seçicilərin siyasi hüquqlarını həyata keçirmələri üçün bütün lazımi vasitələri təmin etdiyi halda, adı çəkilən şəxslərin milli vəzifələrini yerinə yetirməməsi səbəbi ilə qəbul edilib.

Seçicilərin və seçki prosesini yeni növ koronavirusun (COVID-19) epidemiyasından qorumaq üçün ehtiyat tədbirlərinin görüldüyünə və seçicilərin iştirak üçün dəfələrlə xəbərdar edildiklərinə diqqət çəkən bəyanatda, səs verməyənlərə 500-dən çox olmayan (təxminən 32 dollar) cərimələrin veriləcəyi bildirilib.

Qeyd edək ki, Senat seçkiləriinin ilk turu xaricdə avqustun 9-10-da, ölkə daxilində isə avqustun 11-12-də keçirilib.

İkinci turun ölkə daxilndə sentyabrın 8-9-da keçirilməsi nəzərdə tutulub.

Dİgər xəbərlər