12:38
27 Avqust 2020

Maşını dərəyə aşırdı: sürücü...

Lerikdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az verilən məlumata görə, avqustun 26-da saat 18 radələrində Lerik rayonunun Züvüç kəndi ərazisində kənd sakini Tamerlan Əliyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Lerik rayon Polis Şöbəsində araşdırma aparılır.

Dİgər xəbərlər