1504
11:27
26 Avqust 2020

Bakının sağalmayan yarası - İCTİMAİ NƏQLİYYAT - VİDEO

Operativ Qərargah ara məsafəsini saxlamağın vacib olduğunu dəfələrlə xatırlatsa da, bu görüntülərdə deyiləndən əsər-əlamət yoxdur. Hətta "İynə atsan yerə düşməz" misalının avtobuslardakı bugünkü vəziyyətə görə yarandığını düşünürsən.

APA TV xəbər verir ki, onsuz da illərdir ictimai nəqliyyat problemindən əziyyət çəkən Bakı son aylarda bunu daha qabarıq yaşayır. Virusdan qorunmaq üçün metroları bağladılar. Xüsusi karantin rejimində fəaliyyət göstərmək üçün xəttə özəl avtobuslar buraxdılar. Amma görünən odur ki, indi də avtobusların özü sıxlıq mənbəyinə çevrilib və bu mühitdə virus yayılır. Hansı çıxış yolları var? Vətəndaşlar çox narazıdır. Bununla bağlı sorğu apardıq.

Lent.az APA TV-nin mövzu ilə bağlı araşdırmasını təqdim edir.

Dİgər xəbərlər