Vətəndaşlar xaricdən gətirilən mallara tətbiq edilən yeni limitdən narazıdır  - VİDEO
25 avqust 2020 15:30 (UTC +04:00)

Vətəndaşlar xaricdən gətirilən mallara tətbiq edilən yeni limitdən narazıdır - VİDEO

Son günlər sosial şəbəkələrdə və ölkə ictimaiyyətində ən çox müzakirə edilən məsələlərdən biri də xaricdən gömrük ödənişi olmadan poçt və daşıyıcı şirkətlər vasitəsilə fiziki şəxslər üçün gətirilən mallar üçün nəzərdə tutulan 1000 dollarlıq güzəştli limitin 300 dollara endirilməsi qərarıdır.

APA TV-nin məlumatına görə, kimi xaricdən mal gətirmək arzusunun suya düşdüyünü, kimisi də bu qərarın ölkə iqtisadiyyatına fayda verməyəcəyini bildirir. Amma ortada dəyişməyən bir qərar var. Nazirlər Kabinetinin müvafiq qərarına görə, bundan sonra vətəndaşların ölkəyə gömrük ödənişi olmadan gətirdikləri mallara limit tətbiq olunacaq. Yəni bundan sonra bir vətəndaş bir təqvim ayı ərzində gömrük rüsumu ödəmədən xaricdən ölkəyə dəyəri 300 ABŞ dollarından artıq məhsul gətirə bilməyəcək.

Lent.az mövzu ilə bağlı araşdırmanı təqdim edir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3279

Oxşar yazılar