2174
10:04
23 Avqust 2020

Yollarda sürət həddi endirildi

Yağışlı hava şəraiti ilə əlaqədar H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Lent.az -a verilən məlumata görə, məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır.

BNA bir daha bütün sürücülərə diqqətli olmağa, yağışlı hava şəraitini nəzərə almalarını və sürət həddini aşmamağı tövsiyə edir.

Dİgər xəbərlər