18:50
22 Avqust 2020

Əvvəllər məhkum olunan qardaşların həyətində 300-ə yaxın çətənə kolu aşkarlandı

Salyanda pols əməkdaşları tərəfindən iki qardaşın həyətindən 300 ədədə yaxın narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb.

APA-nın Mill-Muğan bürosunun məlumatına görə, Salyan rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlara qarşı rayonun Qırxçıraq kəndində əməliyyat-axtarış tədbirləri keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində kənd sakini, əvvəllər məhkum olunan 38 yaşlı Elman və 35 yaşlı Əlizamin Cəlalov qardaşları şübhəli şəxs qismində saxlanılıb. Elman Cəlalovun yaşadığı həyətyanı sahəyə baxış zamanı orada aqrotexniki qaydada əkib-becərilən hündürlüyü 2,5-3 metr hündürlüyündə 211 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib. Daha sonra qonşuluqda yaşayan digər qardaşın Əlizamin Cəlalovun həyətyanı sahəsinə də baxış keçirilib. Oradan narkotik tərkibli 88 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Salyan rayon polis şöbəsində cinayə işi açılıb, araşdırma aparılır.

Dİgər xəbərlər