2657
17:22
21 Avqust 2020

Həkimlərə istirahət verilib, payıza hazırlıq görülür - TƏBİB

“Pandemiya şəraitində bütün tibb işçiləri ixtisaslarından asılı olmayaraq bu işə cəlb edilirlər”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, həm Bakıda, həm də bölgələrdə çox sayda təlimlər keçirilib.

“Bütün başqa ixtisasda çalışan həkimlərimiz də bu təlimlərə qoşulub. Bu, bütün dünyada belədir. Yoluxmanın azalması və xəstə sayı az olduğu üçün bəzi pandemiya xəstəxanalarımız bağlanılıb. Həkimlərə istirahət verilib. Payıza hazırlıq işləri görülür”, - Y. Qarayeva qeyd edib.

Dİgər xəbərlər