20:18
17 Avqust 2020

Ləğv prosesində olan 4 bankın kreditor tələblərinin qeydiyyat müddəti uzadıldı

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2020-ci il tarixli 2-3(103)-130/2020 saylı qərarı ilə ləğv prosesində olan “Amrahbank” ASC-nin, 2-3(103)-131/2020 saylı qərarı ilə ləğv prosesində olan “NBC Bank” ASC-nin, 2-3(103)-129/2020 saylı qərarı ilə ləğv prosesində olan “Atabank” ASC-nin və 2-3(103)-139/2020 saylı qərarı ilə ləğv prosesində olan “AG Bank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən kreditor tələblərinin qeydiyyat müddəti 30 gün uzadılıb.

Əmanətlərin Sığortalanması Fondundan APA -ya verilən məlumata görə, tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- kreditorun adı və ünvanı;

Ad - 00:11
ƏTRAFLI
Project GLO
- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditorlardan xahiş olunur ki, kreditor tələbinin qeydiyyata alınması üçün hər bir bank üzrə aşağıda qeyd olunan ünvana müraciət etsinlər:

Ləğv prosesində olan “Amrahbank” ASC üzrə -

Bakı şəhəri, Xocalı prospekti 36 A, ləğv prosesində olan “Amrahbank” ASC-nin baş ofisi.

Ləğv prosesində olan “NBC Bank” ASC üzrə -

Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054, ləğv prosesində olan “NBC Bank” ASC-nin baş ofisi.

Ləğv prosesində olan “Atabank” ASC üzrə -

Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, ləğv prosesində olan “Atabank” ASC-nin baş ofisi.

Ləğv prosesində olan “AG Bank” ASC üzrə -

Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç., 102A, ləğv prosesində olan “AG Bank” ASC-nin baş ofisi.

Qeyd edək ki, kreditor tələblərinin qeydiyyatı 14 sentyabr 2020-ci il tarixədək aparılacaqdır.

Dİgər xəbərlər