06:12
17 Avqust 2020

Braziliya prezidentinin xanımı koronavirusdan sağaldı

Braziliyanın birinci xanımı Mişel Bolsonaru koronavirusdan müalicə olunaraq sağalıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bunu xanım Bolsonaru özünün “Instagram” səhifəsində bildirib.

“Test nəticəsi mənfidir. Dualarınıza və diqqətinizə görə minnətdaram”, - deyə onun paylaşımında yazılıb.

Braziliyalı prezidentin xanımı öz paylaşımında koronavirus üçün verdiyi testin nəticələrini əks etdirən fotoşəkil də yerləşdirib.

Qeyd edək ki, Braziliya prezidenti Jair Bolsonaruda COVID-19 virusu aşkar olunduqdan bir qədər sonra, yəni iyulun sonlarında dövlət başçısının mətbuat xidməti 38 yaşlı birinci xanımın da koronavirusa yoluxması barədə məlumat yayıb.

Dİgər xəbərlər