4300
21:26
15 Avqust 2020

Sərnişin avtomobilin on şüşəsindən çıxaraq səkiyə çırpıldı - FOTO

Bərdə şəhərinin Nuşabə küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın yerli müxbirinin xəbərinə görə, "VAZ 21 07" markalı avtomobillə qarşıdan gələn "Jeep" markalı minik avtomobili toqquşub.

Nəticədə “VAZ 2107” markalı avtomobildə olan rayon sakini, 1978-ci il təvəllüdlü Əsgərova Gülnarə Fərhad qızı avtomobilin on şüşəsindən çıxaraq yol kənarında səkiyə çırpılıb.

Ağır xəsarətlər alan qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, G.Əsgərovaya ağır kələ-beyin travması və alın nahiyəsinin yarılmış və sağ qolun sınmış diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər