
Azərbaycanda külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası və qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri keçirilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində Mingəçevir şəhər sakini Rayiv Nəzərov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman evdən və həyətyanı sahədən xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 26 kiloqrama yaxın olan 8 ədəd çətənə kolu, eləcə də 2 ədəd sintetik kisədə və plastik qabda 4 kiloqramdan artıq narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb. R.Nəzərov narkotik vasitəni may ayında əkib-becərdiyini, onun yarpaqlarını yığaraq qurutduğunu bildirib.
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.

Oxşar yazılar

Naftalan sakini laqonda ilə özünü yaraladı
28 yanvar 2021 , 01:13
Azyaşlının üstünə qaynar su dağıldı
27 yanvar 2021 , 22:23
Azərbaycanda universitet tələbəsi dəm qazından boğuldu
27 yanvar 2021 , 21:29
Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılov dəfn olundu
27 yanvar 2021 , 19:51
Rayonda iki nəfər qazdan zəhərləndi
27 yanvar 2021 , 18:19
Ticarət obyektlərinə nəzarət gücləndirildi - VİDEO
27 yanvar 2021 , 17:40
Xocalı polisi külli miqdarda silah-sursat aşkarladı-FOTO
27 yanvar 2021 , 17:04
Sosial şəbəkədə azyaşlı qızları əxlaqsızlığa cəlb edən HAKİM QARŞISINDA
27 yanvar 2021 , 17:00