Evdə qızına nişan mərasimi keçirməyə imkan verilmədi
14 avqust 2020 16:06 (UTC +04:00)

Evdə qızına nişan mərasimi keçirməyə imkan verilmədi

Balakən rayon Polis Şöbəsinə Yeni Şərif kəndində karantin qaydalarının pozularaq, nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gələrək, 30-a yaxın şəxsin bir yerə toplaşdığını və ev sahibi  Nəcməddin Urkayevin karantin qaydalarını pozaraq, qızına nişan mərasimi keçirdiyini aşkar ediblər.

N.Urkayev və məclisi təşkil edən digər 8 nəfər Polis Şöbəsinə dəvət edilərək onlarla profilaktik söhbətlər aparılıb. Onların barəsində toplanmış materiallar məhkəməyə göndərilib .

Polis əməkdaşlarının karantin rejimi qaydalarına rayon ərazisində  riayət edilməsi məqsədilə keçirdiyi isə Qazbinə kəndində yerləşən kafedə müştərilərin sosial məsafəni gözləmədən əyləşdikləri və masaların bir-birinə yaxın qoyulduğu aşkarlanıb.

Kafe sahibi barəsində materiallar məhkəməyə göndərilib, karantin rejiminin tələblərini pozan 7 müştərinin hər biri 200 manat cərimələnib.

# 2773
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar