Gəncədə intihar edənlə bağlı RƏSMİ AÇIQLAMA
14 avqust 2020 15:07 (UTC +04:00)

Gəncədə intihar edənlə bağlı RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Gəncədə intihar edən şəxslə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

DİN-in mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Lent.az-a bildirib ki, son günlər sosial şəbəkələrdə intihar etmiş bir nəfər Gəncə şəhər sakininin ölüm səbəbləri barədə həqiqətə uyğun olmayan, əsassız xəbərlər yayılıb: “Qeyd edim ki, iyul ayının 18-də Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə bir nəfərin xidməti ərazidəki binalardan birinin  damında intihar etməsi ilə bağlı məlumat daxil olub. Şəhər Prokurorluğunun və Baş Polis İdarəsinin əməkdaşları hadisə yerində olub, prokuror-kriminalistin və məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib, digər zəruri hərəkətlər yerinə yetirilib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Gəncə şəhər sakini Kamran Qasımov iyulun 16-da yaşadığı binanın damında özünü asaraq intihar edib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (Özünü öldürmə həddinə çatdırma - Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma) ilə başlanan cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılıb. Meyitin ətraflı müayinəsi, xaricinə keçirilən baxışda gözlə görülən xəsarət və xəsarət izlərinin aşkarlanmamış, mərhumun həyat yoldaşından ayrıldığı üçün dərin psixoloji gərginlik keçirməsi nəticəsində intihar etməsinə dair əsaslı dəlillər toplanmışdır. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir”.

# 11746
avatar

Oxşar yazılar