
Əfsanəvi partizanın yubileyi münasibətilə videoslayd hazırlandı
Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi videoslayd təqdim edib.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, videoslayd Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında ölkə başçısının imzaladığı müvafiq Sərəncama əsasən hazırlanıb.
Videoslaydın mövzusu Əhmədiyyə Cəbrayılovun həyat yolundan bəhs edən şəkillər üzərində qurulub.
Əhmədiyyə Cəbrayılov Şəki rayonunun Oxud kəndində anadan olub. İkinci Dünya müharibəsinin başlanması ilə ölkənin müdafiəsi üçün könüllü surətdə cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov daha sonralar Fransa Müqavimət hərəkatında fəal iştirak edib. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilib. Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənimizin, eyni zamanda, Müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilib.

Oxşar yazılar

Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi
26 yanvar 2021 , 17:40
26 yaşlı serial ulduzu öldü
25 yanvar 2021 , 19:21
Muzey və sərgi salonları açılır
25 yanvar 2021 , 04:52
Dünyanı özünəməxsus baxışı ilə heyrətləndirən rəssam
24 yanvar 2021 , 11:08
Prezident Xalq artisti Eldar Quliyevi təbrik etdi
23 yanvar 2021 , 21:42
Eldar Quliyev "İstiqlal" ordeni ilə təltif olundu
23 yanvar 2021 , 21:38
Yaşadığını hiss etdirmək üçün... - Vahid Mustafayev yazır
23 yanvar 2021 , 17:09
Yol çəkirdilər qiymətli tarixi abidələr aşkarladılar - FOTO
23 yanvar 2021 , 04:10