DİN-də yeni təyinat olub
14 avqust 2020 01:17 (UTC +04:00)

DİN-də yeni təyinat olub

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

APA xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, genral-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Bəybalayev Emin Xanəhməd oğlu Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin Avtomobil Nəqliyyatı Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

E.Bəybalayev bundan əvvəl Maddi Texniki Təminat Baş idarəsinin Avtomobil Təsəffüfatının mühəndisi vəzifəsində işləyib.

# 4216
avatar

Oxşar yazılar