Özəl televiziyalara pul ayrıldı
13 avqust 2020 11:17 (UTC +04:00)

Özəl televiziyalara pul ayrıldı

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

Qurumdan Lent.az-a verilən məlumata görə,  iclasda mətbuata əlavə maliyyə yardımının ayrılması haqqında Azərbaycan Prezidentinin 22 iyul 2020-ci il tarixli sərəncamının 2-ci bəndinə uyğun olaraq özəl ümumölkə teleradio yayımçılarına maliyyə yardımının ayrılması müzakirə olunub.

Müzakirələrdən sonra 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına ayrılmış 3.0 (üç) milyon manat  vəsaitin aşağıda qeyd olunan özəl ümumrespublika teleradio yayımçılarının arasında bərabər bölünməsi qərara alınıb:

1. “Lider TV və Radio Azərbaycan” MMC   - 500.000 manat

2. “Xəzər TV” MMC - 500.000 manat

3. “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası - 500.000 manat

4. “ARB 24” MMC - 500.000 manat

5. “Space Müstəqil Teleradio Şirkəti” MMC - 500.000 manat

6. “Real Təhlil İnformasiya Mərkəzi” MMC - 500.000 manat

Lakin “Lider TV və Radio Azərbaycan” MMC-nin müflis elan olunması barədə məhkəmə prosesi davam etdiyi üçün “Lider TV və Radio Azərbaycan” MMC-yə ayrılmış 500.000 (beş yüz min) manat vəsaitin 400.000 (dörd yüz min) manatının birbaşa Milli Televiziya və Radio Şurası tərəfindən “Azərkosmos” ASC və “Radio-televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyi”nə ödənilməsi, 100.000 (yüz min) manatının isə “Lider TV və Radio Azərbaycan” MMC-nin texniki imkanlarının artırılması məqsədi ilə onun öz xəzinə hesabına köçürülməsi məqsədəuyğun sayılıb.

# 1501
avatar

Aygün İbrahimli

Oxşar yazılar