Azərbaycandan Gürcüstana keçmək istəyən dəstə saxlanıldı
11 avqust 2020 11:24 (UTC +04:00)

Azərbaycandan Gürcüstana keçmək istəyən dəstə saxlanıldı

Avqustun 10-u saat 03:05 radələrində “Şəmkir” sərhəd dəstəsinin Ağs­tafa rayonunun Sadıqlı kən­dinin yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazi­sində Azərbaycandan Gürcüstan istiqa­mə­tində naməlum şəxs­lərin hərəkəti sər­həd naryadı tərəfin­dən aşkar edilib.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti əra­­zi qapadılıb və sərhəd naryadı tərəfindən “Dayan” əmri verilib. Nəti­cədə xidməti ərazidə hərəkətdə olan 14 nəfər şübhəli şəxs sərhəd pozucusu qismində saxlanılıb.

Saxlanılan şəxlərin Ağstafa rayon sakinləri olma­ları müəyyən edil­­­ib, onlardan 7-sinin azyaşlı olması nəzərə alınmaqla Ağs­ta­fa rayonu icra hakimiy­yətinin başçısı yanında yetkinlik yaşına çat­ma­yanların işləri və hüquqlarının mü­da­fiəsi üzrə komissiyaya təhvil verilib.

Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdi­ri­lir.

 

# 2254
avatar

Aygün İbrahimli

Oxşar yazılar