Təbiətə ziyan vuran şirkət məhkəməyə verildi
11 avqust 2020 11:13 (UTC +04:00)

Təbiətə ziyan vuran şirkət məhkəməyə verildi

Lənkərançay çayının yatağında qazıntı işlərinin aparılması ilə bağlı daxil olan şikayəti Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları yerində araşdırıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazidə “PROFCO” MMC tərəfindən qanunsuz qazıntı işlərinin aparıldığı və təbiətə 14112 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt, protokol tərtib edilib və işlərin dayandırılması üçün MMC-yə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Eyni zamanda, “PROFCO” MMC-nin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Lənkəran rayon Məhkəməsinə göndərilib.

 

# 1336
avatar

Aygün İbrahimli

Oxşar yazılar