2863
19:16
08 Avqust 2020

Beyrutdakı partlayışda ölənlərin sayı artdı

Beyrut limanında baş verən partlayışda ölənlərin sayı artıb.

APA-nın "Al-Arabiya" telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, partlayış nəticəsində həlak olanların sayı 158 nəfərə çatıb.

Nazirliyin məlumatına görə, yaralıların sayı isə 6000-i keçib.

İndiyə qədər şəxsiyyəti müəyyənləşdirilənlər arasında müxtəlif millətlərin nümayəndələri var.

Suriyanın Livandakı səfirliyi partlayış nəticəsində 43 suriyalının həlak olduğunu bildirib.

Həmçinin 6 Banqladeş vətəndaşı, 3 filippinli, 1 pakistanlı, 2 misirli və 13 erməni partlayışda həlak olub.

Limanda baş verən partlayış nəticəsində Almaniyanın Livandakı səfirliyinin əməkdaşı və Niderlandın Livandakı səfirinin xanımı da həyatını itirib.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında güclü partlayış baş verib.