Rusiyada koronavirusdan ölənlərin sayı 129 nəfər də artdı
08 avqust 2020 16:20 (UTC +04:00)

Rusiyada koronavirusdan ölənlərin sayı 129 nəfər də artdı

Rusiyada son sutka ərzində daha 5 212 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 882 347 nəfərə çatıb.

Son sutka ərzində 129 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 14 854 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2532

Oxşar yazılar