3086
18:50
07 Avqust 2020

“Cəngi” ansamblı beynəlxalq festivala gedir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Cəngi” estrada-folklor ansamblı xalq musiqisi ilə cazın sintezini təşkil edən kompozisiyaları ilə məşhurdur.

Azərbaycanı dəfələrlə mötəbər musiqi yarışmalarında, beynəlxalq festivallarda layiqincə təmsil edən “Cəngi” estrada-folklor ansamblının bədii rəhbəri, tanınmış ud ifaçısı, Azərbaycanın Xalq artisti Mircavad Cəfərovdur. Ansamblda həmçinin Əməkdar artist Ruslan Hüseynov (bas-gitara), Mircavid Cəfərov (tar), Nicat Bayramov (zərb alətləri), Vasif Hüseynzadə (piano), Fərhad Əliyev kimi tanınmış peşəkar ifaçılar fəaliyyət göstərirlər. Ansamblın eyniadlı rəqs qrupu da uğurla çıxışlar edir.

Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, avqustun 8-də ansambl Sankt-Peterburq şəhərində təşkil olunan “Dünya musiqiləri” Etnik Festivalında iştirak edəcək. Artıq 5-ci dəfə keçirilən festival bu il koronavirus pandemiyası üzündən onlayn formatda reallaşacaq.

Dİgər xəbərlər