
“Əsgər marşı” şagirdlərin ifasında – VİDEOÇARX
Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar xeyli müddətdir evdə qalan paytaxt məktəbliləri yay tətili günlərində vaxtlarını daha maraqlı və əyləncəli keçirmək üçün müəllimləri tərəfindən onlayn şəkildə müxtəlif tədbirlərə, aksiyalara cəlb olunurlar.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakının 7, 32, 68, 71, 116, 201, 261, 263, 288, 306, 313, 328, 329 nömrəli tam orta məktəbləri və S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası şagirdlərinin “Əsgər marşı”nı onlayn ifası əsasında videoçarx hazırlanıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Pedaqogika üzrə fəlsəfə doktoru Nərmin Kamilovanın rəhbərliyi və dirijorluğu, həmçinin məktəblərin musiqi müəllimlərinin dəstəyi ilə ərsəyə gələn videoçarxın çəkilməsində məqsəd şagirdlərə hərbi vətənpərvərlik hisslərini aşılamaq, onların Azərbaycanın Silahlı Qüvvələrində xidmətin müqəddəs borc və şərəf işi olmasına inamını möhkəmləndirmək, məktəblilərdə dözümlülük, cəsurluq, intizam kimi mənəvi keyfiyyətləri inkişaf etdirmək, Vətənə sevgi və məhəbbət duyğularını daha da gücləndirməkdir.
Qeyd edək ki, videoçarxda həmçinin Tovuz döyüşlərində əsgərlərimizin göstərdikləri şücaətdən bəhs edilir, döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalan vətən oğulları ehtiramla yad edilir.

Aygün İbrahimli
Oxşar yazılar

Xalq artisti infarkt keçirdi, reanimasiyadadır
18 yanvar 2021 , 15:55
“Qarabağ şikəstəsi”ni dinləyib, döyüşə girirdilər... – VİDEO - FOTO
16 yanvar 2021 , 10:00
Şuşaya qayıtmaq haqqı... - FOTOLENT - YENİLƏNİB
15 yanvar 2021 , 12:43
“Yeralaş”ın bədii rəhbəri koronavirusdan vəfat etdi
15 yanvar 2021 , 00:34
ICESCO-dan təklif: "Şuşa İslam dünyasının mədəniyyət paytaxtı olsun"
14 yanvar 2021 , 17:24
“Nizami ili” ICESCO-da da qeyd ediləcək
14 yanvar 2021 , 16:55
Donald Trampın “Evdə tək -2” filmindən çıxarılması tələb olunur
14 yanvar 2021 , 14:58
Əməkdar artist koronavirusdan vəfat etdi
13 yanvar 2021 , 19:21