Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı - SƏBƏB
06 avqust 2020 16:48 (UTC +04:00)

Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı - SƏBƏB

Koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

Goranboy rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayon prokurorluğuna Naftalan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asəf Cabbarovun koronavirus infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin qərarına zidd olaraq xüsusi karantın rejimində sərbəst hərəkət etmələri üçün müxtəlif şəxslərə arayışlar verməsi barədə məlumat daxil olub.

Araşdırmalarla Asəf Cabbarovun xidməti vəzifə səlahiyyətlərindən istifadə edərək  ayrı-ayrı şəxslərə karantin postlarında yoxlamalar zamanı təqdim etmələri və şəhər ərazisində rahat hərəkət edərək iş fəaliyyətləri ilə məşğul olmaları üçün qanunsuz olaraq 100 ədəd arayış tərtib etməklə verməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci  (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb, Asəf Cabbarov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilib və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

Avqustun 4-də cinayət işinin ibtidai istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Naftalan şəhər Məhkəməsinə göndərilib.

# 3937
avatar

Oxşar yazılar

Rəqqasə Renka qəzaya düşdü

Rəqqasə Renka qəzaya düşdü

18 mart 2024 , 23:21
Şəkidə DƏHŞƏT:  qan qusan yeniyetmə öldü

Şəkidə DƏHŞƏT: qan qusan yeniyetmə öldü

18 mart 2024 , 22:05
Arvadını və oğlunu  güllələdi

Arvadını və oğlunu güllələdi

18 mart 2024 , 19:25
“Nicat Lənkəranski”yə  hökm oxundu

“Nicat Lənkəranski”yə hökm oxundu

18 mart 2024 , 18:12
Bərdədə  azyaşlı qızı   it dişlədi

Bərdədə azyaşlı qızı it dişlədi

18 mart 2024 , 17:31
Bakıda oğurluq edən  keçmiş məhkum   tutuldu

Bakıda oğurluq edən keçmiş məhkum tutuldu

18 mart 2024 , 17:14
Bakı həbsxanasında məhkum öldü

Bakı həbsxanasında məhkum öldü

18 mart 2024 , 15:02
"Koroğlu"da qəza, yol keçilməz oldu

"Koroğlu"da qəza, yol keçilməz oldu

18 mart 2024 , 14:51
Bakıda  evdə meyit   tapıldı

Bakıda evdə meyit tapıldı

18 mart 2024 , 14:40