“Neftin qiymətinin düşməsi büdcəyə yenidən baxılmasını zəruri edib” - Sahibə Qafarova
05 avqust 2020 11:30 (UTC +04:00)

“Neftin qiymətinin düşməsi büdcəyə yenidən baxılmasını zəruri edib” - Sahibə Qafarova

“Koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirləri, dünya bazarında neft qiymətlərinin düşməsi büdcəyə yenidən baxılmasını zəruri edib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında sədr Sahibə Qafarova deyib.

O bildirib ki, bununla əlaqədar Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik edilməsi ilə bağlı tapşırıq verib.

“Bununla əlaqədar layihələr Milli Məclisə daxil olub”, -  Milli Məclisin sədri vurğulayıb.

# 1585
avatar

Oxşar yazılar