19:33
30 İyul 2020

Dalaşan idmançıları ayırmaq istəyirdi... öldü

Rusiyada iki professional kigboksçunun davası onları aralamağa çalışan bir nəfərin ölümü ilə nəticələnib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Altay bölgəsinin Barnaulda əyləncə mərkəzlərinin birinin yaxınlığında kigboksinq üzrə keçmiş ölkə çempionu Mixail Startsev və keçmiş dünya çempionu Lilia Voroquşina dalaşıblar. Yaxınlıqda yalnız onların həyat yoldaşları olduğu üçün idmançıların bir-birindən uzaqlaşdırılması mümkün olmayıb.

Bu zaman təsadüfən yoldan keçən 40 yaşlı Pavel Roxlov onları aralamağa gəlib. Ancaq Mixail Startsev qəflətən onun başına yumruq vurub və o, zərbənin təsirindən yerə yıxılıb. Davanın polis tərəfindən dayandırıldığı, yerə yıxılan şəxsin isə xəstəxanaya aparıldığı, ancaq həyatını itirdiyi bildirilir.

Yaşanan hadisə zamanı ölən şəxsin 6 yaşlı qızının da orda olduğu və atasının öldüyünü gördüyü qeyd olunur.

İdmançı Mixail Startsev həbs olunub və cinayət işi açılaraq, araşdırmalar başlanılıb.

Dİgər xəbərlər