11:19
30 İyul 2020

“Taliban”ın döyüşçüləri məhv edildi

Əfqanıstanda “Taliban” radikal qruplaşmasının 9 döyüşçüsü öldürülüb.

APA-nın “TOLO News”a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, “Taliban” döyüşçüləri mərkəzi Qəzni vilayətində nəzarət yoxlanış məntəqəsinə hücum ediblər.

Hücum zamanı təhlükəsizlik qüvvələri ilə döyüşçülər arasında toqquşma baş verib, aralarında iki liderin də olduğu “Taliban”ın 9 döyüşçüsü öldürülüb.

Dİgər xəbərlər