14:31
27 İyul 2020

Azərbaycanda gömrük qaydalarını pozanlar axtarılır - FOTO - VİDEO

Gömrük qanunvericiliyi naməlum şəxslər tərəfindən pozulub.

Dövlət Gömrük Komitəsindən Lent.az -a daxil olan xəbərə görə, həyata keçirilən tədbirlər çərçivəsində hələlik adları istintaqa məlum olmayan, aşağıdakı video və fotoda gördüyünüz şəxslərin gömrük qanunvericiliyinin tələblərini ciddi şəkildə rozduğu müəyyən edilib. Lakin onlar məsuliyyətdən yayınmağa müvəffəq olublar.

Həmin şəxsləri tanıyanların Dövlət Gömrük Komitəsinə məxsus aşağıdakı telefon nömrələrinə zəng edərək məlumat
vermələrini xahiş edirik.

012-404-22-00 daxili (55-44)
Mob: 070-225-45-44

Dİgər xəbərlər