19:54
25 İyul 2020

1000 illik xəzinə: "GitHub Archive" layihəsi reallaşdırıldı - FOTO - VİDEO

İT layihələrin hostinqi üçün nəzərdə tutulmuş məşhur GitHub servisinin yaradıcıları "GitHub Archive" layihəsinin reallaşdırıldığını elan ediblər. Sözügedən layihə çərçivəsində GitHub-da olan bütün aktiv repozitoriyaların kopyaları 250 metr dərinlikdə yerləşdirilib.

Lent.az "technote"a istinadən xəbər verir ki, layihənin əsas məqsədi insan sivilizasiyasının gələcək nəsillərinin hətta 1000 ildən sonra da müasir dünya barəsindəki biliklərini itirməməkdir. "GitHub" layihələrinin kodlarını özündə birləşdirən fotolar piqlFilm adlı 186 ədəd lentə yazılıb.

İstehsalçının verdiyi məlumata əsasən bu lentlər hətta 1000 il ərzində də məlumatları özündə saxlaya bilirlər. Lentlərdə əks olunmuş layihələr arasında Bitcoin, Linux, Python kimi layihələrin kodları mövcuddur. Məlumata əsasən ümumilikdə lentlərə 21 TB həcmində məlumat köçürülüb. Xüsusi təlimat hər bir layihənin yerini təyin etməyi və onları bərpa etmək üsullarını əks etdirir. Hər bir lent çarxı "GitHub"ın kod sisteminin təlimatının 5 dildə kopyasını özündə birləşdirir. Bir lent çarxı özündə olan məlumatların texniki tarixçəsini və mədəni dəyərini birləşdirir. Bundan əlavə olaraq arxivdə müasir informatikanın, hesablamaların və open source kodların hazırlanması üzrə detallı məlumatlar verən işlər də mövcuddur.

Layihənin müəlliflərinin fikirlərinə əsasən bunun sayəsində gələcək nəsillər müasir dünyanın necə olduğunu anlaya və lazım gəldikdə həmin kompüterlər ilə texnologiyaları yarada biləcəklər. Sözügedən arxiv Norveçdəki Şpitsbergen adlı arxipelaqda yerləşən və istifadə olunmayan kömür şaxtasında 250 metr dərinlikdə yerləşdirilib. Məlumata əsasən hətta nüvə müharibəsi baş versə də həmin məlumatlar zərər çəkmədən orda qalacaqlar. Kodları bu arxivə düşmüş şəxslərin hesabları GitHub servisində “Arctic Code Vault Contributor” işarəsi ilə qeyd olunublar. Bununla yanaşı bu arxiv ilə yarana biləcək problemlər səbəbilə bir neçə belə arxivin yaradılması da nəzərdən keçirilir.

Dİgər xəbərlər