Bakıda motosiklet qarşıdan gələn avtomobilə çırpıldı - FOTO
25 iyul 2020 13:28 (UTC +04:00)

Bakıda motosiklet qarşıdan gələn avtomobilə çırpıldı - FOTO

Bakıda motosiklet “Mercedes -Benz Sprinter" markalı avtomobillə toqquşub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu Badamdar qəsəbəsində qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan motosiklet qarşıdan gələn avtomobilə çırpılıb.

Qəza nəticəsində motosikletin sürücüsü - 30-35 yaşlı kişi müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2915

Oxşar yazılar