Zəncirvari qəza: xəsarət alanlar var - FOTO
24 iyul 2020 19:18 (UTC +04:00)

Zəncirvari qəza: xəsarət alanlar var - FOTO


Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində zəncirvarı qəza baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “VAZ-2107” markalı avtomobil yüksək sürətlə qarşı tərəfin hərəkət zolağına çıxaraq "Mitsubishi Pajero" və "Chevrolet" markalı avtomobillərlə toqquşub.

Nəticədə sürücülər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. “VAZ-2107”nın sürücüsünün vəziyyəti ağır olduğundan o reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4029

Oxşar yazılar