15:47
22 İyul 2020

Karantin rejimini pozan 6 rayon sakini həbs edildi - FOTO

Goranboyda karantin rejimini pozanlar cərimələnib.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az -a verilən məlumata görə, karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Goranboy rayon Polis Şöbəsinin əməkdaşları Daxili Qoşunların şəxsi heyəti ilə birlikdə gücləndirilmiş iş rejimində xidmət aparır. Onlar sakinlər arasında profilaktiki tədbirlər həyata keçirərək, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə SMS icazədən, tibbi maskadan və dezinfeksiya edici vasitələrdən istifadə etməyi tövsiyə edirlər.

Bundan başqa rayon ərazisində mütamadi olaraq aparılan reydlər zamanı iyul ayının 4-dən tətbiq edilən sərt karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb. Belə ki, araşdırmalar zamanı 138 sakin İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə ediliblər. Əlavə olaraq 6 şəxs barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib.

Dİgər xəbərlər