Çoxu qədər azı da ziyanlı olan DUZ
22 iyul 2020 14:17 (UTC +04:00)

Çoxu qədər azı da ziyanlı olan DUZ

Duzun çoxluğu hər nə qədər zərərli qida növü olaraq bilinsə də, orqanizmin ona ehtiyacı var. Qidalanmada duz istifadə edilmədikdə bəzi narahatlıqlar meydana gələ bilər. Ancaq onu normadan artıq istifadə etmək çox təhlükəlidir. Orqanizmin gün ərzində duza olan tələbatı olduqca azdır. Bəs görəsən duzdan fadalanmaq üçün, ondan nə qədər istifadə edilməlidir, gündəlik norma necə hesablanır?

Lent.az duz haqqında hər kəsin bilməli olduğu məlumatları sizə təqdim edir.

Hazırda dünyada xəstəliklər getdikcə artır. Başlıca səbəblərdən biri də yanlış qidalanmadır. Gündəlik menyuda duz istifadəsi minimuma endirilməlidir. Onun həddindən artıq istifadəsi ürək-damar sistemi və başqa bir sıra xəstəliklərinin yaranması risqini artırır. Mütəxəssislər duzdan faydalanmaq üçün hər gün 6 qram qəbul etməyin kifayət olduğunu söyləyir. Lakin duzu menyudan tamamən çıxarmaq onu normadan artıq istifadə etmək qədər ziyanlıdır. Duz istifadə etməyən insanlar gündəlik duz və yod  ehtiyaclarını qida maddələri ilə təmin edə bilərlər. Duzlu balıq, dəniz yosunu, kartof, yumurta, süd və süd məhsulları, zoğal, ağ çörək, ispanaq, balqabaq, sarımsaq, lobya kimi məhsulların tərkibində duz olduğu üçün onlar gündəlik duz təlabatını sağlam şəkildə ödəməyə kömək edir. Mütəxəssislər söyləyir ki, həmin qidaları duz ilə birlikdə istifadə etmək sağlamlıq üçün təhlükə yarada bilər. 

Banu

# 6070
avatar

Oxşar yazılar