12:50
22 İyul 2020

Azərbaycanda qadının evinə basqın edilib: Döyüb hədə-qorxu ilə...

Şəmkirdə evə basqın olub.

DİN mətbuat xidmətindən Lent.az -a daxil olan xəbərə görə, iyulun 20-də saat 2 radələrində Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində yaşayan qadının evinə girmiş həmkəndlisi onu döyərək, hədə-qorxu gəlib 300 manat pul və qızıl-zinət əşyaları tələb edib. Bu barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Dərhal başlanılan əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən kənd sakini C.Hüseynov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (Hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb.

Dİgər xəbərlər