Bəhram Bağırzadənin vəziyyəti necədi? - Həkim danışır
22 iyul 2020 10:51 (UTC +04:00)

Bəhram Bağırzadənin vəziyyəti necədi? - Həkim danışır

“Bəhram Bağırzadənin ümumi vəziyyəti orta ağırlıqda, stabildir”. 

APA-nın məlumatına görə, bunu Mərkəzi Gömrük Hospitalının Müalicə işləri üzrə sədr müavini Bəxtiyar Musayev deyib. O bildirib ki, hemodinamik göstəricilərdə, udqunma və qidalanmada narahatlıq müşahidə edilmir: “Fəaldır, ayağa qalxır, yeriyir. Mövcud troxeostamik boru daha kiçiyinə dəyişilib. Son iki gündə həmin boru  qapalı saxlanılıb,  xəstənin tənəffüsü fizioloji yolla, yəni  burun və ağızdandır. Yaxın günlərdə həmin borunun tamamilə çıxarılması nəzərdə tutulur. Bununla  belə ötən gün bədən hərarətinin və qanda iltihabi göstəricilərin yüksəlməsi nəzərə alınaraq infeksionistlərin iştirakı ilə aparılan antibakterial müalicədə müvafiq dəyişikliklər edilib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6939

Oxşar yazılar