13:27
21 İyul 2020

Azərbaycanda axtarışda olan şəxs adam bıçaqlayıb qaçdı

Saatlıda bıçaqlanma hadisəsi olub.

Lent.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 15-də şəhər sakini M.İbrahimova bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmiş R.Şıxəliyev saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 306-cı maddəsi (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) ilə axtarışda olması da müəyyən edilib.

Dİgər xəbərlər