18:19
19 İyul 2020

Bayden Trampdan 15 faiz irəlidədir

ABŞ-ın keçmiş vitse-prezidenti və çox güman ki, Demokratlar Partiyasından prezidentliyə namizədliyini verəcək Co Bayden hazırkı prezident Donald Trampdan 15% irəlidədir.

APA bildirir ki, bu barədə “Washington Post” və “ABC News”un sorğusunun nəticəsində qeyd edilib.

Sorğu iştirakçılarına belə sualla müraciət edilib: “Əgər bu gün seçki olsaydı siz kimə səs verərdiniz?”

Sorğuda iştirak edənlərin arasında Baydenin reytinqi 55%, Trampın 40% təşkil edib.

Sorğu 12-15 iyul tarixində, təsadüfi yığılan telefon nömrələrinin sahibləri arasında keçirilib. 1006 iştirakçının 845 nəfərinin səsvermə hüququ var.

Qeyd edək ki, bu ilin noyabr ayında ABŞ-da prezident seçkiləri keçiriləcək.

Dİgər xəbərlər