Oğul anasını ehtiyatsızlıqdan güllələyərək öldürdü
18 iyul 2020 14:38 (UTC +04:00)

Oğul anasını ehtiyatsızlıqdan güllələyərək öldürdü

Saatlı rayonunda oğul anasını güllələyərək öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Kamallı kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Qəmbərov Racil Zabil oğlu ehtiyatsızlıqdan anası, 1966-cı il təvəllüdlü Tovuz Fərman qızı Qəmbərovanı ov tüfəngindən açdığı atəşlə güllələyib. Qadın aldığı güllə yarasından hadisə yerində həyatını itirib.

Hadisənin təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən dəqiqləşdirilir.

Faktla bağlı Saatlı Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6103

Oxşar yazılar