“Hər zaman Azərbaycanın yanındayıq” – Əhməd Davudoğlu
15 iyul 2020 11:31 (UTC +04:00)

“Hər zaman Azərbaycanın yanındayıq” – Əhməd Davudoğlu

Türkiyə Respublikasının Sabiq baş naziri Əhməd Davudoğlu Azərbaycanı dəstəkləyib.

 Lent.az-ın məlumatına görə, o, özünün tvitter səhifəsində Azərbaycanı dəstəkləyən status yazıb:

“Ermənistanın Azərbaycana hücumunda şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Qarabağın işğalını davam etdirən Ermənistan bu hücumlarla bölgəni atəş zonasına çevirməyə çalışır. Məlum olmalıdır ki, Türkiyə hər zaman qardaşı Azərbaycanın yanındadır”.

Davudoğlunun bu statusuna izləyicilər tərəfindən çoxsaylı şərhlər yazılıb. Hər kəs öz şərhində Azərbaycanı dəstəklədiyini qeyd edib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Döyüş zamanı 11 hərbçimizin şəhid olub. Hazırda həmin istiqamətdə döyüşlər davam edir.

 

 

# 2599
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar