Futbol oynayan 25 nəfər cərimələndi - FOTO
14 iyul 2020 11:41 (UTC +04:00)

Futbol oynayan 25 nəfər cərimələndi - FOTO

Qubada karantin rejimini pozan şəxslər cərimə olunublar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Birinci Nügədi kəndi ərazisində qaydaları pozaraq futbol oynayan 25 nəfər şəxs saxlanılıb.

Onlar barəsində də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

# 2491
avatar

Mehman Nəbiyev

Oxşar yazılar