6862
09:03
14 İyul 2020

Ermənilər Tovuzun kəndlərini yenidən atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.

Bu barədə Lent.az -a Müdafiə Nazirliyinindən məlumat verilib. Bildirilib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.