14:47
12 İyul 2020

Xalq artisti koronavirusa yoluxdu, vəziyyəti orta ağırdır - YENİLƏNİB

Xalq artisti Nəzakət Teymurova koronavirusa (Covid-19) yoluxub.

Bu barədə APA -ya müğənninin ailəsindən məlumat verilib.

N. Teymurova bu gün səhər xəstəxanaya yerləşdirilib, vəziyyyətinin orta ağır olduğu qeyd edilib.

***

saat 14.25

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının Xalq artisti, Prezident mükafatçısı Nəzakət Xosrov qızı Teymurova yeni növ koronavirusa (COVİD-19) yoluxub.

APA-nın məlumatına görə, bu barədə teleaparıcı Nuran Hüseynov (Hacı Nuran) “Facebook” səhifəsində yazıb.

Xanəndə hazırda xəstəxanaya yerləşdirilib və vəziyyəti çox ağırdır.

Dİgər xəbərlər