"Şarmımı itirdim, indi başqa cürəm" - Əməkdar artist
08 iyul 2020 15:26 (UTC +04:00)

"Şarmımı itirdim, indi başqa cürəm" - Əməkdar artist

Əməkdar artist Nahidə Orucova "Gündən-günə" verilişində qonaq olub. Lent.az-ın məlumatına görə, aktrisa bildirib ki, arıqladıqdan sonra bir çox rolundan da kənarlaşıb:

Həmkarlarıma demişdim ki, arıqlayacam və sizin ölçüdə olacam. Etdim də... Hələ arıqlamağa davam edirdim, amma gördüm ki, dayanmaq lazımdır.

Obrazlarıma xələl gəldi. Görürəm ki, artıq bir çox obraza uyğun deyiləm. Şarmımı itirdim. İndi tam başqa viddəyəm. Ömürboyu arzulamışam ki, fransız qadınlarına oxşayım. Amma kənardan deyilən tənqidlər məni narahat etmir. Önəmli olan sağlamlığım idi".

# 9598
avatar

Yalçın UĞUR

Oxşar yazılar