Narkotik qəbul edib polisə tabe olmadı - FOTO
07 iyul 2020 21:47 (UTC +04:00)

Narkotik qəbul edib polisə tabe olmadı - FOTO

Paytaxtın Sabuçu rayonunda xüsusi karantin rejim qaydalarını pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən şəxs saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Tovuz rayon sakini, 1997- cü il təvəllüdlü Tural Abbasov narkotik vasitələrin təsiri altında münaqişəli vəziyyət yaratdığına görə onun barəsində toplanmış matereallar rayon məhkəməsinə göndərilib.

Məhkəminin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206 və 535-ci  maddələri ilə 40 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

# 2698
avatar

Mehman Nəbiyev

Oxşar yazılar