1726
19:44
06 İyul 2020

Pandemiya zamanı kafe və "fast food"larda adambaşına düşən sahə


Koronavirus (COVID-19) pandemiyası dövründə kafelər, qəlyanaltılar, gənclər və uşaqlar üçün "fast-food" yerləri üçün adambaşına düşən sahə (norma) müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən bu gün təsdiqlənən “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları”nda əksini tapıb.

Sənədə əsasən, 50 nəfərə qədər tutumu olan kafelərdə özünəxidmət olduqda adambaşına 3,84 kvadrat metr sahə düşməlidir. Bu halda qida paylayıcı xətt qida qəbulu zalına daxil olduqda adambaşına düşən sahə 6,4 kvadrat metr olmalıdır. Həmçinin 50 nəfərə qədər tutumu olan kafelərdə xörəkpaylayanlar vasitəsilə xidmət olduqda adambaşına düşən sahə 3,64 kvadrat metr təşkil etməlidir. Qida paylayıcı xətt qida qəbulu zalına daxil olmadıqda adambaşına 2,8 kvadrat metr sahə düşməlidir.

50 nəfərə qədər tutumu olan kafelərdə xörəkpaylayanlar vasitəsilə xidmət olduqda qida paylayıcı xəttin qida qəbulu zalına daxil olması nəzərdə tutulmayıb.

50-200 nəfər arası hər adam üçün əlavə tutumu olan kafelərdə özünəxidmət olduqda adambaşına düşən sahə 3,92 kvadrat metr olmalıdır. Bu halda qida paylayıcı xətt qida qəbulu zalına daxil olduqda adambaşına 3,2 kvadrat metr sahə düşməlidir.

Həmçinin 50-200 nəfər arası hər adam üçün əlavə tutumu olan kafelərdə xörəkpaylayanlar vasitəsilə xidmət olduqda adambaşına düşən sahə 3,5 kvadrat metr olmalıdır. Bu halda qida paylayıcı xətt qida qəbulu zalına daxil olmadıqda adambaşına 2,8 kvadrat metr sahə düşməlidir.

50-200 nəfər arası hər adam üçün əlavə tutumu olan kafelərdə xörəkpaylayanlar vasitəsilə xidmət olduqda qida paylayıcı xətt qida qəbulu zalına daxil olması nəzərdə tutulmayıb.

200 nəfərdən sonrakı hər adam üçün əlavə əlavə tutumu olan kafelərdə özünəxidmət olduqda adambaşına düşən sahə 3,82 kvadrat metr olmalıdır. Bu halda qida paylayıcı xətt qida qəbulu zalına daxil olduqda isə adambaşına 3,2 kvadrat metr sahə düşməlidir.

Həmçinin 200 nəfərdən sonrakı hər adam üçün əlavə əlavə tutumu olan kafelərdə xörəkpaylayanlar vasitəsilə xidmət olduqda adambaşına düşən sahə 3,5 kvadrat metr olmalıdır. Bu halda qida paylayıcı xətt qida qəbulu zalına daxil olmadıqda adambaşına 2,8 kvadrat metr sahə düşməlidir.

200 nəfərdən sonrakı hər adam üçün əlavə əlavə tutumu olan kafelərdə xörəkpaylayanlar vasitəsilə xidmət olduqda qida paylayıcı xəttin qida qəbulu zalına daxil olması nəzərdə tutulmayıb.